Azersun Holding kateqoriya üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
Tələblər:
-
Ali təhsil (menecment, iqtisadiyyat, marketinq sahəsində);
-
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi (kosmetik və təmizlik);
-
Ünsiyyət qurabilmə, azərbaycan dilində səlis danışıq bacarığı olmalı;
-
Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı;
-
Müxtəlif bölgələrdəki marketləri və müştəri profillərini yaxşı bilməli;
-
Rus və İngilis dili biliyi arzu olunandır;
-
MS Office (xüsusən Excel) proqramlarını əla səviyyədə bilməlidir
Vəzifə öhdəlikləri:
-
Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
-
Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
-
Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması;
-
Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;
-
Endirim kataloqlarının planlanması;
-
Müxtəlif kateqoriyalarda yeni trendlərin araşdırılması.
İş şərtləri: Həftə içi 5 gün 09:00-18:00.
Ünvan: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.