Kontakt Home Sayım üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
Vəzifə öhdəlikləri:
-
İş planına əsasən anbar qalığının sistem və faktiki göstəricilər üzrə yoxlanılması;
-
İş planına əsasən anbarlarda fiziki şəkildə sayımın həyata keçirilməsi;
-
Sayım əsasında sistem üzrə məhsul sayı faktiki məhsul sayından fərqli olduqda səbəblərin araşdırılması və aktlaşdırılması;
-
Məhsul qalıqlarında aşkarlanan problemlər sistem xətası ilə əlaqəli olduqda düzəlişlər edilməsi üçün müraciətlərin aidiyyəti üzrə ünvanlanması;
-
Ehtiyac olduqda məhsulların anbara mədaxil və anbardan məxaric sənədlərinin sistem üzrə yoxlanması;
-
Sayım zamanı texniki təhlükəsizlik qaydalarına riayyət etməli, habelə, məhsulların yerləşmə ardıcıllığının qorunması və məhsulların zədələnməsinə şərait yaradılmamasının təşkili;
-
Sayım prosesinin yekununda bütün məlumatların aktlaşdırılması və struktur rəhbərinə təqdim edilməsi;
-
Hazırlanmış check list əsasında anbar ərazilərinin auditini həyata keçirmək;
-
Əlaqəli şöbələrlə məlumat və sənəd mübadiləsinin təşkili;
-
Yeni cəlb olunmuş əməkdaşların adaptasiya və təlim işinin təşkil edilməsi;
-
İş prosesinin sürətlənməsi və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində yeni təkliflərin hazırlanıb rəhbərliyə təqdim olunması;
-
Şöbə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.
Tələblər:
-
Ali təhsil (İqtisadi, İdarəetmə, Texniki sahələr üzrə arzu olunandır);
-
Audit sahəsi üzrə nəzəri və praktiki biliklər;
-
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
-
Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus və İngilis dili bilikləri arzuolunandır;
-
MS Offis proqramlarını sərbəst istifadə etmə bacarığı;
-
Korporativ yazışma və işgüzar danışıqlar aparma bacarığı;
-
Riyazi, məntiqi biliklər;
-
Analitik düşünmə, təhliletmə qabiliyyəti;
-
Komanda ilə işləmə bacarığı;
-
Ezamiyyəyə açıq olması;
-
Sərbəst qərar verə bilmə bacarığı.
İş şəraiti:
-
İş qrafiki: I-V günlər
-
Əmək haqqı: 750 azn
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. LİNK