Araz Supermarket Aparıcı Təchizatçı vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
Tələblər:
-
Ali təhsil ;
-
Yaxşı səviyyədə MS Office bilikləri ;
-
Dil bilikləri Azərbaycan (İngilis dili- rus dili biliyi əlavə üstünlükdür);
-
Təchizat sahəsində minimum 3 il iş təcrübəsi ( xüsusəndə FM istiqaməti üzrə);
-
Komanda işi, çeviklik və uyğunlaşma qabiliyyəti, təşəbbüskar, yüksək ünsiyyət bacarığı;
-
CIPS Advanced Certificate və ya CIPS Diploma sertifiikatların mövcudluğu əlavə üstünlükdür.
Vəzifə öhdəlikləri:
-
Korporativ sosial məsuliyyəti/davamlılığa təsirin nəzərə alınması ilə yanaşı, ehtiyac və xərclərin effektivliyi üçün tələb edənlərin tələblərini sorğulamaq;
-
Satınalma sifarişlərinin vaxtında icra edilməsi və bütün satınalmaların müvafiq qanun və siyasət qaydalarına uyğun olmasını təmin etmək;
-
Şirkətin mənfəətini yaxşılaşdırmaq üçün xərclərə qənaət strategiyalarına təklif edilməsi və idarə edilməsi ;
-
Fəaliyyəti, missiya ilə bağlı məqsədlər və son tarixlər haqqında hərtərəfli və ətraflı hesabatların yaradılması və paylaşılması;
-
Xidmət müqavilələrində fəaliyyətin qiymətləndirilməsi və standartlaşdırma vasitəsilə tədarükçülərin idarə edilməsi;
-
Müxtəlif təhlillərin aparılması, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, Xərclər/Faydalar analizi, risklərin qiymətləndirilməsi və idarə olunması və s;
-
Sifarişlərin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsini və icrasını təmin etmək;
-
Satınalma sifarişləri üçün ixtisaslı təchizatçıların əvvəlcədən seçilmiş siyahısının hazırlanması və güncəllənməsi;
-
Tender və Təkliflər sorğusu üçün sənədlərin hazırlanması ( Tender və təkliflər sorğusu iştirakçıları üçün təlimatlar, Müqavilə Forması, Ümumi Şərtlər Toplusu, Tender Formalar,Qiymətləndirmə Mexanizmi və s).
Təminatlar:
-
Nahar ilə təmin edilmə;
-
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-
5 günlük iş qrafiki;
-
Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Aparıcı Təchizatçı” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər. [email protected]