Azersun Holding inspektor vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
Tələblər:
-
Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsilli olmalı;
-
MS Office proqramlarını bilməli;
-
ISO 9001, ISO 22000 standartları üzrə sertifikat (arzuolunandır)
-
Proses və laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
-
Rus dili və ingilis dili biliyi üstünlükdür
İş haqqında məlumat:
-
Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etməli;
-
Depoda meyvə-tərəvəz məhsullarının qəbulu zamanı saxlanma şəraiti, satışa yararlılığına nəzarət etməli;
-
Xam yağların kimyəvi, fiziki, mikrobioloji tərkibinin və orqanoleptik parametrlərinə görə yoxlanılmalı;
-
İstehsal edilən məhsulların keyfiyyət standartlarına uyğunluğunun yoxlanmalı;
-
İstehsal edilən məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqların təsbit edilməli;
-
Laboratoriya cihazlarının doğrulama və baxım metodlarını bilməli
-
Proses zamanı keyfiyyət pozuntusunun səbəbini, lazımi tədbirlərin alınmasını, uygunsuzluqların aradan qaldırılmasını izləməli
-
Keyfiyyət və proses parametrələrinin əlaqəsini dəyərləndirib yaxşılaşdırıcı, düzəldici,önləyici qərarları almağı bilməli
-
Keyfiyyət və kritik nəzarət nöqtələrini müəyyən edə bilməyi, təhlükələri dərəcələndirib düzəldici, önləyici fəaliyyətləri almağı bilməli
-
Tədqiq sonrası hesabat hazırlamaq, əlaqədar müəssisə rəhbərinə göndərməlidir.
-
Tabeçiliyində olan işçiləri idarə və koordinasiya etmək üçün idarəçilik və rəhbərlik qabiliyyətinə malik olmalı.
İş Qrafiki:
-
Növbəli iş qrafiki
-
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
İş Yeri: Kürdəmir və İmişli şəhərləri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnspektor” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur. LİNK