Unibank auditor vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
Təsvir:
-
İllik audit planına uyğun olaraq audit yoxlamalarında iştirak etmək;
-
Proses və struktur bölmələri üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsində iştirak etmək;
-
Audit müşahidəsi və tövsiyələrin yer aldığı audit hesabatlarını hazırlamaq;
-
Daxili audit tövsiyələrinin icra səviyyəsini qiymətləndirmək;
-
Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək;
-
Rəhbərlər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
-
İqtisadi və ya İnformasiya Texnologiyaları, Kompüter elmləri ixtisasları üzrə ali təhsil;
-
Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət və ya maliyyə istiqamətində baza biliklərinin olması;
-
Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ sənədlərə dair biliklərə malik olması;
-
Analitik təhlil etmə bacarığının olması;
-
Bankdaxili istifadə olunan proqram təminatlarında (Vabank, CRM, UDC və s.) işləmək bacarığı;
-
SQL və ya PL/SQL üzrə biliklər (müstəqil istifadə etmək bacarığı);
-
Microsoft Ofis proqramları ilə sərbəst işləmək bacarığı;
-
Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzu olunandır);
-
Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
-
Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
-
Vətəndaş qüsursuzluğu;
-
Daxili Audit, Maliyyə və Risklərin idarə edilməsi sahəsində beynəlxalq sertifikatların olması üstünlükdür.