Baku Electronics mağaza satış meneceri (Bakı, Xaçmaz, İsmayıllı) vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
Tələblər:
-
Satış sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
-
Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları olmalı;
-
Problemləri effektiv şəkildə həll etməli;
-
Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilməli;
-
İdarəetmə və təşkilatçılıq bacarıqlarına sahib olmalı.
Vəzifə öhdəlikləri:
-
Mağazanın daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
-
Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
-
Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
-
Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
-
Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
-
Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək;
-
Satışları artırmaq və gündəlik tapşırıqları yerinə yetirmək üçün bütün işçilərin idarə edilməsini təmin etmək;
-
Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
-
Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində vəzifə adını və bölgəni qeyd etməklə ( nümunə: “Mağaza satış meneceri (İsmayıllı)” ) elektron ünvanına göndərə bilərlər. [email protected]