BSC Consulting Outsourcing Company Baş hüquqşünas (Korporativ sahə üzrə) vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
Vəzifə və öhdəliklər:
-
Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
-
Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
-
İstəilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması;
-
Xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
-
Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatların dövlət qeydiyyatına alınması: (Hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnaməyə-əsasnaməyə edilən hər hansı digər dəyişikliklərin qeydə alınması);
-
Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
-
Hüquqi şəxsin yenidən təşkilin (ayrılma, bölünmə və s) qeydiyyatı;
-
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi
-
Əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyata alınması
-
Patentin alınması;
-
Qiymətli kağızların buraxılmasının, yerləşdirilməsinin müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınması;
-
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
-
Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
-
Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
-
Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
-
İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı DTA formalarının alınması;
-
Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
-
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
-
Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
-
Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
Baş hüquqşünas aşağıdakıları bilməlidir:
-
Mülki, mülki prosesual, cinayət, cinayət prosesual, əmək, maliyyə, miqrasiya, vergi, gömrük, inzibati hüquqları;
-
Müəssisənin xidmət və maliyyə fəaliyyətini müəyyən edən qanunvericilik aktlarını;
-
Təsərrüfat müqavilələrinin, ümumi müqavilələrin, beynəlxalq müqavilələrin, kollektiv müqavilələrin, tarif razılaşmalarının bağlanması və rəsmiləşdirilməsi qaydalarını;
-
Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədlərin sistemləşdirilməsi, uçotu və aparılması qaydalarını;
-
Hesablama texnikası, rabitə və əlaqə vasitələrini
-
İşgüzar ünsiyyət etikasını;
-
Kargüzarlığın təşkilinin əsaslarını;
-
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın əleyhinə təhlükəsizlik qaydalarını;
-
Daxili əmək intizamı qaydalarını;
Namizədə olan tələblər:
-
Hüquq üzrə ali təhsil;
-
Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi;
-
Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə;
-
Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir.
-
Yaş məhdudiyyəti: 25 yaş – 55 yaş.
Şərtlər:
-
Tam iş günü, iş qrafiki I-Vİ günlər,
-
Əmək haqqı 2000 -2500 +bonuslar.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “ Baş hüquqşünas ” qeyd etməklə göndərmələri xahiş olunur. [email protected]