General Supply mühasib vəzifəsinə vakansiya elan edir
Fins.az tələb və öhdəlikləri təqdim edir.
Əsas vəzifə və öhdəliklər:
-
Mal-material alışı və satışı sahələrində uçotun aparılması, vergi öhdəliklərinin yerinə yetirilməsi, anbar uçotunun və sənədləşməsinin aparılmasına ciddi nəzarət etmək
-
Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
-
İdxal-ixrac üzrə əməliyyatların düzgün icra edilməsi
-
Mal-materiallara dair idxal/alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək
-
Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
-
Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək
-
İdxal-ixrac əməliyyatlarının aparılması, yük gömrük bəyannamələrinin işlənməsi;
-
İdxal olunan malların maya dəyərini hesablamaq;
-
Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
-
Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək
-
Gündəlik və aylıq satış hesabatların tərtib edilməsi;
-
Malların hərəkəti üzrə hesabatların hazırlanması
-
Gündəlik olaraq yeni gələn yük gömrük bəyannaməsini işləmək;
-
Alıcılarla və malsatanlarla qarşılıqlı üzləşmə aktlarının hazırlanması;
Namizədə qarşı tələblər:
-
Ali təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
-
Sahə üzrə ən az 3 il iş təcrübəsi;
-
Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək;
-
Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər;
-
Kompüter bilikləri: Microsoft office əla səviyyədə,1C Mühasibat Proqramını bilmək; (1C 8.3 versiyası ilə işləmə)
-
Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
İş şəraiti:
-
5 günlük iş həftəsi
-
İş vaxtı: 09:00 -18:00
-
Tibbi sığorta
-
Əməkhaqqı: 1000 AZN .
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına Mühasib başlığı ilə göndərə bilərlər. [email protected]