Xalq Həyat Sığorta mühasibatlıq şöbəsinə stajçı /kiçik mühasib vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164
Öhdəliklər:
-
Mühasibatlıq uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
-
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
-
Elektron Qaimə, Hesab Fakturalarının işlənməsi
-
Əsas vəsaitlərin uçotunun aparılması
-
Bütün növ mühasibat əməliyyatlarının 1C 8.3 versiya mühasibatlıq proqramına daxil edilməsi;
-
Sorğu və digər araşdırmaları təşkil etmək və aparmaq;
-
Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edilməsi;
Tələblər:
-
Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu təhsil almış namizədlərə üstünlük verilir);
-
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
-
Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində biliklər
-
Microsoft Office proqram təminatı üzrə yüksək səviyyədə işləmək bacarığı;
-
Analitik düşüncə və təhlil bacarığı;
Qeyd:Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını (Maliyyə idarəsinin Mühasibatlıq şöbəsinə stajçı/kiçik mühasib) qeyd edərək Cv-lərini elektron poçt ünvanına göndərə bilərlər.