“Bank Respublika” ASC Filial şəbəkələrinin idarəedilməsi üzrə mütəxəssis vəzifəsi vakansiyasını elan edir.
Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.
Ümumi vəzifə öhdəlikləri:
- Məlumat bazası üzrə periodik hesabatların hazırlanması;
- Texniki tapşırıqların yazılması;
- Proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Əməkdaşların fəaliyyət göstəricilərinin təhililinin həyata keçirilməsi;
- Filiallar ilə sıx əlaqə, filiallar arası proseslərin izlənməsi, təhlil edilərək təkmilləşdirilməsinə ehtiyac olan proseslərin müəyyənləşdirilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və tətbiqi riyaziyyat üzrə təhsil arzuolunandır);
- Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
- Bank/maliyyə sektorunda təcrübəsi olanlara üstünlük veriləcək;
- Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili və ya İngilis dili orta səviyyədə;
- Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
- İri həcmli məlumat bazası ilə işləmək bacarığı;
- Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Təzyiq, stress altında işləmək bacarığı;
- Komanda və insanlar ilə işləmək bacarıqları;
- Məsuliyyət və detallara qarşı diqqət.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 yanvar 2024-cü il tarixinədək emailin mövzu hissəsində Filial şəbəkələrinin idarəedilməsi üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.