Azpride Group lift, eskalator və giriş sistemlərinin satışı, quraşdırılması və texniki servis xidməti ilə məşğuldur.
Fins.az xəbər verir ki, Azpride Group "Satış üzrə Baş Mütəxəssis" vakansiyası elan edir
Namizədə tələblər:
Ali təhsil;
Cins- Xanım/Bəy
- Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili biliyi arzuolunandır;
- Marketinq və satış sahəsində 3-5 il iş təcrübəsi;
- İnşaat avadanlıqları, lift və avtomatik qapıların satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
- MS Office proqramlarını mükəmməl bilmək ;
- Müştərilərlə satışın reallaşdırılması bacarığı;
- Yüksək ünsiyyət və danışıq aparmaq qabiliyyəti ;
- Aktivlik, çeviklik və məsuliyyətlilik.
- Müştərilərə avadanlıqları təqdim etmək bacarığı;
- Müştəri portfelinin olması;
- Satış işinin qurulması bacarığı;
- Məsuliyyət,dinamiklik;
- Sürücülük vəsiqəsinin olması;
- Yaş həddi : 25-45
İş barədə məlumat:
- Bazarın araşdırılması və yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə avadanlıqlar və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Əmək haqqı razılaşma əsasında (Satış həcmindən yüksək bonus);
- İş qrafiki: 09:00 - 18:00;
- İstirahət günləri: şənbə və bazar günü.
Maraqlanan namizədlərdən öz CV-lərini poçt ünvanına ([email protected]), mövzu bölməsində “Satış üzrə Baş Mütəxəssis" yazmaqla göndərmələri xahiş olunur.