Azercosmos Süni intellekt mühəndisi vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
Əsas funksiyalar:
-
“State of the art” kompüter görməsi modellərinin hazırlanması
-
Elmi tədqiqatların aparılması və əldə olunan nəticələr əsasında praktiki həllərin yaradılması
-
Miqyaslanan data emalı konveyerlərinin yaradılması və inkişafı
-
Səmərəli, təkrar istifadə edilə bilən və etibarlı kodun dizayn edilməsi, qurulması və tətbiq edilməsi
-
Bulud əsaslı həllərdən istifadə edərək maşın öyrənmə modellərinin istifadəyə verilməsi
-
İstifadədə olan proqram təminatı və süni İntellekt modellərinin müxtəlif komponentlərinin fərqli aspektlərdən optimallaşdırılması üçün effektivliyinin təhlili, modellərinin performansının təkmilləşdirilməsi, konfiqurasiyası və sazlanması
-
Datanın yoxlanılması, etiketlənməsi və təmizlənməsi.
Tələblər:
-
Ali təhsil (Kompüter elmləri, mühəndisliyi və ya oxşar sahələrdə bakalavr dərəcəsi)
-
Obyekt yönümlü dizayn nümunələri və prinsipləri
-
Təsvirlərin seqmentasiyası, obyektlərin aşkarlanması və generativ modelləşdirmə tapşırıqları üzrə dərin öyrənmə metodologiyalarının tətbiqində güclü nəzəri və praktiki biliklər
-
Dərin öyrənmə kitabxanaları ilə praktiki bilik və kodlaşdırma təcrübəsi (məsələn, TensorFlow, PyTorch)
-
Elmi ədəbiyyatda qabaqcıl anlayışları başa düşmək və tətbiq etmək üçün güclü riyazi qabiliyyət
Arzuolunan tələblər:
-
Peyk təsvirləri ilə iş təcrübəsi
-
Amazon AWS, Google Cloud kimi bulud əsaslı həllər ilə təcrübə
-
İş axınının idarə edilməsi alətləri (məsələn, Airflow) ilə təcrübə
Bizimlə işləməyin üstünlükləri:
-
Yüksək təsirli genişmiqyaslı kompüter görmə layihələri üzərində işləmək
-
Yüksək Performanslı GPU serverlərinə giriş
-
Elmi nəşrlərin müəllifi olmaq imkanı
-
Əməkdaşlığın təşviq edildiyi və biliyin sərbəst şəkildə paylaşıldığı dəstəkləyici və inklüziv mühit.
-
Rəqəbatcil əmək haqqı
Bu meyarlara uyğun namizədlər CV-lərini 10.01.2024-cü il tarixinədək e-mail ünvanına ““Süni intellekt mühəndisi”” başlığı ilə göndərə bilərlər. [email protected]