A - Group Insurance Company Çağrı mərkəzinə mütəxəssis (Həkim) vəzifəsinə vakansiya elan edir.
Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.
İş barədə məlumat:
-
İş rejimi 2 növbəlidir,
-
Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
-
Tibbi sığorta qarşılanır.
Vəzifə öhdəlikləri:
-
Çağrı Mərkəzinə bütün əlaqə vasitələrindən daxil olan (zənglər, WhatsApp, mail, sms, mobil tətbiq, websayt) müştəri sorğularının operativ cavablandırılmaq;
-
Xidmətin keyfiyyətini təkmilləşdirmək üçün müştəri rəylərini toplamaq. Müştərilərin etibar və etimadını qazanaraq onlarla məhsuldar tərəfdaşlıq münasibətləri qurmaq və qoruyub saxlamaq;
-
Çağrı Mərkəzinə müraciət edən sığortalının şikayətlərini dinləyərək düzgün yönləndirilmək;
-
SŞ bazasında tələb olunan məlumatların qeydiyyata almaq;
-
Klinikalardan, aptek və optikalardan daxil olan sorğuların (zəng və ya modul vasitəsi ilə) sığorta planı və daxili prosedur qaydalarına əsasən cavablandırmaq;
-
ÇM mütəxəssisinin səlahiyyətindən xaric məsələləri daxili qaydalara əsasən (qırmızı və sarı kod) vaxtında səlahiyyətli şəxsə ötürmək;
-
Klinikalarda hospitalizasiyanın, daşınmanın, təcili yardımın təşkil olunmasını təmin etmək, əməliyyata ehtiyac olduqda ekspertləri məlumatlandırmaq;
-
Rəhbərlik tərəfindən verilmiş reyestrləri və yeni sığortalıların siyahılarının bazaya daxil etmək;
-
Fəaliyyəti ilə əlaqədar hesabatlar hazırlanmaq və müvafiq əməkdaşlara təqdim etmək;
-
Problemləri vaxtlı-vaxtında müəyyənləşdirmək və həll yollarını müəyyən etmək;
-
Yenilikçi olmaq, işlərin daha yaxşı aparılması üçün təkliflər vermək;
-
Aid olduğu Departament və onun tərkibinə daxil olan şöbələr daxilində İdarə Heyəti sədrinin, eyni zamanda Cəmiyyətin İdarə Heyəti və tabe olduğu rəhbəri tərəfindən verilmiş digər vəzifələri yerinə yetirmək.
Tələblər:
-
Alı Tibb Təhsili;
-
Sığorta sahəsində təcrübə arzuolunandır;
-
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
-
Güclü ünsiyyət qurmaq bacarığı;
-
Müştəri yönümlü, stressə davamlı;
-
MS Office proqramlarını yaxşı bilmək;
-
Komandada işləmək bacarığı;
-
Detallara diqqət yetirmək bacarığı.
CV-ni email ünvanına göndərə bilərsiniz. [email protected]