TuranBank ASC Kredit risklərinin idarəedilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis üzrə vakansiya elan edir.
Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.
Vəzifəyə olan tələblər:
-
Bakalavr (Risk menecment,maliyyə,iqtisadiyyat,ekonometrika və s. oxşar sahələr);
-
Kredit riskləri və ya digər müvafiq sahədə 1-3 il iş təcrübəsi və daha çox;
-
Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
-
Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmağı;
-
Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
-
Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
-
Stress altında işləmə qabiliyyəti;
-
MS Office (Excel/Word/Powerpoint) yüksək səviyyədə bilmək;
-
Ekonometrika,statistik analitika haqqında biliklər arzuolunandır;
-
İngilis dili (ən azı intermediate səviyyə) rus dili (arzuolunandır);
-
FRM,PRM üzrə hər hansı mərhələni keçən namizədlərə üstünlük veriləcək;
-
Risk menecmentlə bağlı digər sertifikatları olan namizədlərə (CERM və s.) üstünlük veriləcək;
-
VBA, R, Power BI üzrə biliklər arzuolunandır;
Vəzifə öhdəlikləri:
-
Kredit risklərinin müəyyənləşdirilməsi,qiymətləndirilməsi, və ölçülməsində iştirak etmək, müvafiq təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
-
Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
-
Kredit risklərinin ölçüməsi ilə bağlı metod və modellərin təkmilləşdirilməsi və hesabatlılığını təmin etmək;
-
Kredit reytinq və skorinq sistemlərinin yaradılması və fəaliyyətinin qiymətləndirilməsində iştirak etmək;
-
Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
-
Kredit risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
-
Kredit riskinin Mərkəzi Bank və bankdaxili qaydalara əsasən nəzarət edilməsi;
-
Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.
Bizim təkliflərimiz:
-
Rəqabətli əmək haqqı
-
Risk menecment karyerası üzrə inkişaf etmək imkanları
-
Beynəlxalq Risk menecement treninqlərində iştirak etmək imkanları
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.