Xalq Bank İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi (Sənədləşmə, Uyğunluq və Təhlükəsizlik Əməliyyatları Riski mütəxəssisi) üzrə vakansiya elan edir.
Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.
Təsvir:
-
Ümumi informasiya təhlükəsizliyi planının həyata keçirilməsində iştirak etmək;
-
İnformasiya təhlükəsizliyi üzrə siyasət, qayda və təlimatların hazırlanması və inkişaf etdirilməsi;
-
Bu sahəyə olan tələblərin, ölkə və beynəlxalq standartların (ISO 27001 və sair) izlənməsi və tətbiq edilməsi;
-
Layihələrdə informasiya təhlükəsizliyi tərəfindən iştirak və müvafiq görüşlərin keçirilməsi;
-
PCI DSS və digər mexanizmlərə uyğun informasiya təhlükəsizliyi üzrə nəzarətin həyata keçirilməsi, üsulların müəyyən edilməsi və yoxlanılması;
-
İnformasiya təhlükəsziliyi üzrə risk hesablamalarının aparılması üçün son texnologiyaları izləmə və tətbiq etmə;
-
Məlumat təsnifatının həyata keçirilməsi;
-
İnformasiya Təhlükəsizliyi təlimlərinin hazırlanması və təşkili.
Tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahədə 1 il iş təcrübəsi;
-
ISO27001 və PCI/DSS üzrə iş təcrübəsi;
-
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
-
Təlim keçmə bacarığının olması;
-
Sahə üzrə beynəlxalq və ölkə daxili tənzimləyici qanun və qaydalar haqqında məlumatlı olmaq;
-
Yüksək analitik düşünmə və problem həll etmə bacarığının olması;
-
Ünsiyyətcil və təşəbbüskar olmaq.