By Telecom Kreditlərin İlkin Təqibi üzrə Menecer vakansiyası elan edir.
Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.
Öhdəliklər:
-
Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana və zaminə zəng edilməsi;
-
Gecikməyə düşmüş kreditlərlə bağlı borcalan və zaminlə Ofisdə və ya onların ünvanlarında görüşlərin keçirilməsi;
-
Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana və zaminə rəsmi bildirişlərin göndərilməsi;
-
Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi;
-
Borcalanın cari tarixə maliyyə vəziyyətinin qiymətləndirilməsi;
-
Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi və s.
Tələb olunan bacarıq və təcrübə:
-
Bakalavr dərəcəsi tələb olunur.
-
MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı.
-
Gecikdirilmiş kredit portfelinin idarə olunmasında minimum 3 il iş təcrübəsi
-
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı.
-
Operativ, stressə davamlılıq, inadkar, təmkinli və problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı mütləqdir.
İş Yeri: Bakı şəhəri
İş Rejimi: 6 günlük
Əmək haqqı: 500 AZN + təhkim olunmuş portfel bonusu 1000-2000 AZN