Kontakt Home İnsan Resurslarının inkişafı üzrə Mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az vəzifə üzrə öhdəlikləri və tələbləri təqdim edir:
Vəzifə öhdəlikləri:
-
Təşkilati strukturların dəyişiklik tələblərini struktur rəhbərləri ilə müzakirə edilməsi;
-
Şirkətin təşkilati strukturunun təhlili, onun təkmilləşdirilməsi üzrə təkliflərin formalaşdırılması;
-
Təşkilati dəyişikliklər üzrə layihələrinin hazırlanması;
-
Əmək haqqının və bonusların planlanması proseslərini inkişaf sxemlərinin tərtib edilməsi;
-
Bütün işçilərin təzminat və müavinət sxeminin düzgün tətbiq olunmasını təmin edilməsi;
-
Qiymətləndirmə sisteminə görə vəzifələrin dəyərləndirilməsi və vəzifə dərəcəsinin müəyyən edilməsi;
-
İllik büdcə planlaması üzrə simulyasiya və modellərin hazırlanması;
-
Aylıq və Rüblük həvəsləndirici bonuslara nəzarət və təmin edilməsi;
-
Performans və vəzifə dəyişiklikləri əsasında əmək haqqı təkliflərin hazırlanması;
-
İR hesabatların hazırlanması (aylıq, rüblük, illik).
Tələblər:
-
Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);
-
İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
-
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
-
Azərbaycan dili biliyi, rus və ingilis dili biliyi arzuolunandır;
-
MS Ofis programlarının bacarıqlı istifadəçisi (Excel, PP, Word, Visio);
-
Çoxsaylı HR funksiyaları haqqında iş bilikləri;
-
Analitik düşünmə qabiliyyəti;
-
Yüksək kommunikasiya bacarıqları.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.