"AZZA Cake House" şirkəti qablaşdırıcı vəzifəsinə işçi axtarır.
Fins.az xəbər verir ki, şirkət vakansiya ilə bağlı şəraiti və tələbləri açıqlayıb.
Tələblər:
Orta təhsil
Cinsi – kişi
20-35 yaş
Səliqəli, punktual
İşinə məsuliyyətli və diqqətli yanaşma
Vəzifə öhdəlikləri:
Məhsulların soyuducudan çıxarılması, siyahı (qaimə) üzrə xüsusi qayda ilə yığılması
Göndərişlərin toplanılması
Məhsulların maşına yüklənilməsi və ya əksinə maşından boşaldılması
Şirkət təklif edir:
Altı günlük iş rejimi (növbəli)
İş yeri: Babək prospekti
Nahar yeməyi
Əmək haqqı 550 - 675 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Qablaşdırıcı ” qeyd olunmaqla, göndərə bilərlər.
Fuad Mədətov
Fins.az