“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində DWH Developer vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, bank vakansiya ilə bağlı öhdəliklərini və tələblərini açıqlayıb.
Ümumi vəzifə öhdəlikləri:
- Mövcud ETL proseslərin işinin dəstəklənməsi;
- Texniki tapşırıq əsasında yeni ETL proseslərin və Data Mart-ların yaradılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- SQL/Hesabatlıq üzrə minimum 1 il bank təcrübəsi;
- Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (Oracle SQL, PL/SQL, PostgreSQL) ;
- Python haqqında nəzəri biliklər;
- Pentaho Data Integration, Oracle Data Integrator, SAS, Talend ve s ETL alət biliyi üstünlükdür;
- Apache Airflow ilkin biliklər üstünlükdür;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis və Rus dilləri texniki səviyyədə arzuolunandır;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissədə DWH Developer qeyd edərək 4 Dekabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.