ATS Food İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, ATS Food vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
İş məkanı: Sumqayıt ş.
Müraciətin son günü: 1 Dekabr 2023-cü il
Tələblər:
- Təhsil səviyyəsi: Ali təhsil (İnsan Resursları, Humanitar, İqtisadi )
- İş təcrübəsi: İşə qəbul üzrə 2-4 il iş təcrübəsi
- Kompüter biliyi: MS Office, ERP proqramları
- Digər: Sahə üzrə sertifikatların olması üstünlükdür.
Vəzifədən gözləntilər:
- Açıq vakansiyaları təhlil etmək, elanları şirkət daxili və xarici müxtəlif saytlarda, sosial şəbəkədə yerləşdirmək, işədüzəltmə şirkətləri ilə əlaqə saxlamaq;
- İşçi tələblərinə əsasən müvafiq elanları hazırlamaq;
- İşə qəbul funksiyası üçün istifadə olunan sosial şəbəkə hesablarını idarəetmək;
- İşə qəbul kanallarının idarəolunması və müasir metodların tətbiqini həyata keçirmək;
- Vakansiyalara uyğun namizədlərin seçim, müsahibə və yerləşdirmə proseslərini həyata keçirmək;
- Müxtəlif resurslar üzrə daxil olmuş CV-lərin incələnməsini və müsahibəyə dəvət edilməsini həyata keçirmək;
- Vakansiyalara uyğun namizədlərin ilkin müsahibələrini və test imtahanlarını təşkil etmək;
- Strukturlar tərəfindən təklif olunan vəzifə dəyişikliklərinin vəzifə dəyişikliyi proseduruna uyğunluğunun təşkil etmək;
- İşə qəbul test bazasının yenilənməsini icra etmək;
- Test imtahanı mütləq olan vəzifələr olan namizədlərin test imtahanı keçirilməsini təmin etmək;
- Daxil olan CV-lərin arxivləşdirilməsini icra etmək;
- Həftəlik vakansiyalar barədə məlumatları müvafiq qaydada hazırlamaq və birbaşa rəhbərə göndərmək;
- İşçilərin sayı və hərəkəti barədə aylıq hesabatları hazırlamaq;
- Vakansiyalara müraciət edən namizədlərin elektron siyahısını daim yeni saxlamaq;
- Müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək;
- “Açıq qapı”-nın təşkil edilməsi və prosedur üzrə izlənilməsi
- Birbaşa rəhbərin işçinin əmək fəaliyyəti üzrə tapşırdığı digər işləri görmək.
İş şəraiti:
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun (ştat cədvəli aralığına münasib)
- İş rejimi: 5 gün (həftəiçi)
- Servis: Təmin edilir
- Nahar: Təmin edilir
- Korporativ nömrə və danışıq limiti: Təmin edilir
- Tibbi sığorta
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı "İşə qəbul üzrə mütəxəssis" qeyd olunmaqla göndərə bilərlər. ([email protected])
Murad Abdullayev
Fins.az