By Telecom Call Center Operatoru vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, By Telecom vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və Rus dillərini sərbəst bilmək və qrammatik düzgün yazının olması;
- İngilis dili – arzuolunandır;
- Satış bacarığı;
- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil;
- Zamanın idarə olunması və ünsiyyət/kommunikasiya bacarıqları.
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Dinləmə, inandırma bacarıqları;
- Müvafiq sahə üzrə minimum 1 il təcrübə;
Vəzifə öhdəlikləri:
- Telefon, və whatsapp vasitəsi ilə müştərilərdən daxil olan bütün sorğuların cavablandırılması;
- Sosial şəbəkələrdən daxil olan məlumata əsasən müştərilərlə əlaqənin saxlanılması və sorğuya əsasən müvafiq məlumatın verilməsi;
- Müraciət edən bütün müştərilərin müvafiq məlumatlarının bazaya daxil edilməsi;
- Potensial müştərilərlə ilkin satış mərhələsinin həyata keçirilməsi;
- Mütəmadi olaraq bazada olan potensial müştərilər ilə əlaqənin saxlanılması;
- Müştəriyə daha ətraflı məlumat vermək məqsədilə, onun xaricdə təhsil (education abroad) departamenti ilə əlaqələndirilməsi.
- Şirkətin sosial media hesablarından daxil olan müraciətlərin cavablandırılması;
- Zəng mərkəzinə daxil olan zənglərin cavablandırılması;
- Müştərilərə xidmətlərlə bağlı məlumat vermək;
- Sifariş və müraciətləri aidiyyatı xidmət bölməsinə yönəltmək;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək, yaranmış problemləri aidiyyatı bölmələrə yönləndirmək;
Əmək haqqı: 400-450 AZN + BONUS
Maraqlananlar öz CV formalarını “Call Center Operatoru” başlığı ilə göndərə bilərlər. ([email protected])
Murad Abdullayev
Fins.az