Çinar Park QSC Satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, Çinar Park QSC vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Vəzifə və öhdəliklər:
- Müştərilərlə əlaqələr quraraq xidmətlər və icarə haqqında məlumat vermək;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
- Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- İcarə qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Bazarda gedən prossesləri izləmək, müştəri tərəfindən edilən təklif və iradları nəzərə alıb, təhlil etmək;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- Düzgün hədəf auditoriyalarını təyin etmək;
- Xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək;
Tələblər:
- Təhsil: Ali (marketinq və satış sahəsi üzrə)
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Real Estate, Hospitality)
- Kişi namizədlərə üstünlük verilir
- Yaş həddi: 25-35
- Kompüter biliyi: MS Office
- Güclü təqdimat və satış bacarığı
- Azərbaycan dilində mükəmməl ünsiyyət qurmaq bacarığı, ingilis və rus dillərini yaxşı bilənlərə üstünlük verilir
Digər bacarıqlar:
- Güclü qərar qəbuletmə bacarığı;
- Komanda mühitində işləmək bacarığı;
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Yenilikçi, kreativ olmaq, sahə üzrə trendləri izləmək bacarığı;
- Detallara diqqət etmək, yaradıcı və məsuliyyətli olmaq;
Son müraciət tarixi: 20 dekabr, 2023
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin. ([email protected])
Murad Abdullayev
Fins.az