Collezione Italia Əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, Collezione Italia vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Namizədə dair əsas tələblər:
- Orta ixtisas (maliyyə uçotu,mühasibatlıq), ali təhsil - mütləqdir;
- 1C proqramı ilə sərbəst işləmək bacarığı;
- Müvafiq sahədə təcrübə mütləqdir; (Min. 1 il)
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (rus dillərini bilənlərə üstünlük verilə bilər).
Əsas vəzifə və öhdəliklər:
- Ümumi satış əməliyyatları ilə bağlı işləri icra etmək, koordinasiya etmək və işlərə nəzarət etmək;
- Mağaza üzrə anbar və xəzinə ilə əlaqəli olan bütün növ əməliyyatların cari vəziyyətini izləmək və problemləri həll etmək;
- Satış prosesinin sistemə işlənilməsi üçün anbar şöbəsi ilə mütəmadi danışıqların aparılması;
- Əməliyyatların icra statusu ilə bağlı məlumat bazasının daim yenilənməsini təmin etmək;
- Sənədləşmə işinin aparılması, müvafiq qaydada sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
- Satış analizlərini aparmaqla məhsul kateqoriyaları üzrə müvafiq şəxslərə məlumat vermək;
- Mağazada satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək və işin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
- Müştəri sifarişlərinin, sifariş dəyişikliklərinin və geri qaytarılmış məhsulların 1 C proqramında yazılması;
- Yeni məhsul kodlarının sistemə daxil edilməsi;
- Müştəri məlumatlarının sistemə daxil edilməsi.
İş şəraiti:
- Həftə ərzində 6 günlük iş qrafiki.
- İş saatı: 10:00-19:00
- Əmək haqqı 600-700 AZN
- Yaş həddi : 22-35
- Cinsi: Kişi
Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə CV-lərini e-mailin mövzu hissəsində “Əməliyyatçı” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər. Əks halda göndərilmiş CV qəbul olunmayacaq. ([email protected])
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Murad Abdullayev
Fins.az