“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində kiçik mütəxəssis/mütəxəssis (SQL Developer) vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az vakansiya üztə tələb və öhdəlikləri təqdim edir.
Ümumi vəzifə öhdəlikləri:
- İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib edilməsi;
- Mövcud hesabat sorğularının dəstəklənməsi;
- Mövcud sorğular üzrə optimallaşdırma işlərinin (performance tuning) aparılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Bank sektorunda SQL/Hesabatlıq üzrə minimum 1 il iş təcrübəsi;
- Oracle SQL, PL/SQL, PostgreSQL bilikləri;
- Agile metodologiyası barədə məlumatlı olmaq;
- Analitik düşünmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
- Müvafiq sahə üzrə sertifikatları olan namizədə üstünlük veriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissədə “SQL Developer” qeyd edərək, 30 noyabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.