“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində Şəbəkə administratoru vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az bankın vəzifə üzrə tələb və öhdəliklərini təqdim edir
Ümumi vəzifə öhdəlikləri:
- Mövcud “NG Firewall”-ların administrasiyası;
- Şəbəkə avadanlıqların sazlanması və idarə edilməsi;
- RADIUS və TACAS+ serverlərinin administrasiyası və monitorinqi;
- Şəbəkə avadanlıqlarının fiziki quraşdırılması və dəyişdirilməsi;
- Kabellər, şəbəkə yuvası və s. ilə bağlı fiziki işlərin yerinə yetirilməsi;
- 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
- VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası.
Namizədə qarşı tələblər:
- Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
- Konvergent IP şəbəkələri WLAN, WAN, LAN, VPN/Firewall kimi şəbəkə infrastrukturları haqqında biliklər və onların tətbiqi;
- AAA, RADIUS, TACACS+ barədə biliklər;
- Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər;
- BGP, EIGRP, OSPF, kimi şəbəkə kommunikasiya protokolları haqqında biliklər və onların tətbiqi;
- VPNs, SD-WAN, VXLAN kimi şəbəkə topologiyaları haqqında biliklər və onların tətbiqi;
- Data Center Switch haqqında biliklər və onların tətbiqi;
- 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər və onların tətbiqi;
- Monitorinq sistemi üzrə biliklər;
- Şəbəkə topologiyasının planlaşdırılması, optimallaşdırılması və tətbiqinə nəzarət edilməsi üzrə bilik.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 dekabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Şəbəkə administratoru qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.