Massi Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, Massi vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
İcra edəcəyi iş:
- Rəhbərlik tərəfindən verilən tapşırıqları və vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək
- Müştərilərin qarşılanması və çay təqdim olunması
- Gündəlik sənədləşmə və ofis daxili işlərin yerinə yetirilməsi
- Şirkətin elektron ünvanına daxil olan məktubların cavablandırılması
- Müqavilələrin hazırlanması.
Tələblər:
- Xanım namizədlər
- Yaş həddi: 18 - 28
- Komputer biliyi: MS Office (Word, Excel);
- Xoş və səliqəli görünüş, məsuliyyətli, pozitiv, gülərüz.
- Azərbaycan dilində səlist danışmalı, qrammatik cəhətdən mükəmməl bilməli
- Əla ünsiyyət qurmaq və komanda üzvü olmaq bacarığı
İş şəraiti:
- Stabil iş
- AR ƏM əsasən rəsmiləşdirmə
- Korporativ nömrə ilə təmin ediləcək
- Əmək haqqı – 600 azn
- İş rejimi: 5 gün 09:30-dan 19:00-dək
- İş yeri: : Bakı Nizami r-nu, Heydər Əliyev pr 115, Caspian Sport Plaza B korpus
Xahiş olunur yalnız xanım namizədlər CV-sini “Ofis menecer” başlığı ilə [email protected] ünvanına göndərsinlər.
Murad Abdullayev
Fins.az