Company Ərazi satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, Company vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Öhdəliklər:
- Satış hədəflərini əməkdaşlar arasında düzgün bölgüsünü etmək;
- Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olunmuş planların icrasının təmin etmək;
- Satış planlarının hazırlanmasında iştirak etmək;
- Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək;
- Yeni satış metodologiyaları və texnikalarını inkişaf etdirmək;
- Satış istiqamətində təlimlərin keçirilməsini təmin etmək;
- Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq Satış nümayəndələrinin işinə nəzarət etmək;
- Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
- Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək;
- Şöbə daxili olan müraciət və sorğulara cavabları hazırlamaq;
- Satışın fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;
Namizədə tələblər:
- Ali təhsil;
- Satış sahəsində rəhbər vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Satış və marketinq sahələri üzrə bilik və bacarıqlar;
- Effektiv ünsiyyət və güclü təqdimat bacarığı;
- Komanda qurmaq, işçilərə təsir və onları motivasiya etmək bacarığı;
- Səlis nitq qabiliyyəti və işgüzar etik qaydalara riayət;
- Liderlik və idarətmə bacarıqları;
- MS Office proqramlarında sərbəst işləyə bilmək bacarığı;
- Yüksək analitik düşüncə və problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;
- Fərdi və komanda şəklində işləmək, komanda ruhunu yaratmaq.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır.
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerində "Ərazi satış meneceri" yazmaqla göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər. ([email protected])
Murad Abdullayev
Fins.az