Offissa Dizayn Ko Mebel dizayneri vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, Offissa Dizayn Ko vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil,
- Kompüter bilikləri: Autocad, 3DMAX və Bazis-Mebelşik
- Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
- İş təcrübəsi: Mebel istehsalı sahəsində təcrübənin olması arzuolunandı
- Punktual və ünsiyyətcil olması.
Vəzifə öhdəlikləri:
- İşçi layihə planının Autocad proqramında hazırlanması;
- Ölçülərin düzgün qeyd edilməsi və istehsalata layihənin təqdim edilməsi.
- Müştəri tərəfindən seçilən model və nümunələrə əsasən eskiz layihələrin 3d görüntüsünün tərtib edilməsi,
- Müştəri ilə bağlanan müqavilənin ilk günündən işin təhvil verilməsi prosesinə qədər icraya nəzarətin edilməsi.
Bilik və bacarıqlar:
- Mebel istehsalının texniki tələblərini və mebel normativlərini bilməsi,
- Konstruksiya ilə işləmə qabiliyyəti,
- Müştəri ilə işləmə qabiliyyəti
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00, Şənbə 10:00-16:00
Əmək haqqı: 700-1 000 AZN arası (təcrübədən asılı olaraq.)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Mebel dizayneri" adını qeyd edərək göndərmələri xahiş olunur. ([email protected])
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Murad Abdullayev
Fins.az