Dövlət qurumu vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, Dövlət qurumu vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Vəzifə öhdəlikləri:
- Maliyyə fəaliyyətinin təhlili, idarəedilməsi və planlanmasında iştirak edir;
- Qurumun maliyyə datasının analizinin aparılmasını təmin edir;
- Mütəmadi olaraq proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsini təmin edir;
- Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlayır;
- Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsini həyata keçirir;
- Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması ilə əlaqədar təkliflər verir;
- Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanmasını təmin edir;
- Maliyyə riskini müəyyən edir;
- Büdcə mövzusunda məhsuldarlığı artırıcı təkliflər hazırlayır və Rəhbərliyə təqdim edir.
Tələblər:
- Maliyyə üzrə tam ali təhsil;
- Maliyyəçi kimi minimum 5 il dövlət qurumlarında iş təcrübəsi;
- Maliyyə aspektləri ilə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
- Mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilmək;
- Problem analiz etmə, planlama və təşkil etmə bacarığı;
- Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA, CFA, CIMA) olması əlavə üstünlükdür.
Əmək şəraiti:
- İş rejimi: 5 gün/ 09:00 – 18:00;
- Əmək haqqı 2000 azn (net) və kollektiv mükafatlar.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. ([email protected])
Murad Abdullayev
Fins.az