Bakı Sığorta Müştəri xidməti üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, Bakı Sığorta vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Namizədə tələblər:
- Yaş: 20-35
- Təhsil: Ali və ya orta
- İş təcrübəsi:Müvafiq sahədə olanlara üstünlük verilir
- Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
- Dil Bilikləri: Rus dili (əla ),Azerbaycan dili (əla),ingilis dili(arzuolunandır)
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin qaynar xəttinə daxil olan və çıxan müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;
- Sığorta hadisələrini qəbul etmək və qeydiyyatını aparmaq;
- Müştərilərin müraciətlərinin statistikasının aparmaq
- Birbaşa rəhbərə müntəzəm şəkildə hesabatı təqdim etmək
Şəxsi keyfiyyətlər:
- Ünsiyyət qurmaq bacarığı
- Yüksək nitq mədəniyyəti
- Yüksək təqdimat bacarığı
- Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı
- Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı
- Səlis, aydın, əmin danışıq tərzi
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş Qrafiki: 09:00 -18:00
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Müştəri xidməti üzrə mütəxəssis”qeyd etmələri xahiş olunur. ([email protected])
Murad Abdullayev
Fins.az