Dövlət qurumu Kommunikasiyalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, Dövlət qurumu vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Vəzifə və öhdəliklər:
- PR layihələrinin büdcələndirilməsinə iştirak, hesabatlılığın aparılması;
- Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Press-relizlər, çıxış nitqləri, məqalə, bloq yazıları, xəbər bülletenləri və vebsayt məzmunu daxil olmaqla daxili və xarici kommunikasiya kanalları üçün yaradılan məzmunların redaktəsi, ehtiyac olduqda yazılması;
- Mətbuat konfransı, brifinq, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, işıqlandırılması və press-turların təşkili;
- Cəlbedici məzmunla şirkət daxilində rəhbərlik və əməkdaşlar arasında effektiv ünsiyyəti təmin etmək;
- Korporativ dəyərlərinin formalaşdırılması və təbliğatı, sosial-korporativ və motivasiya tədbirlərinin təşkili barədə təkliflərin verilməsi və səlahiyyətləri daxilində həyata keçirilməsində iştirak edilməsi;
- Qurumlar arası informasiya mübadiləsinin təşkil edilməsi, zəruri məlumatların əməkdaşlara operativ və qısa müddət ərzində təqdim edilməsi məqsədilə təkliflərin hazırlanması və həyata keçirilməsində iştirak edilməsi, o cümlədən vətənpərvər, milli-mənəvi dəyərlər istiqamətində maarifləndirmənin səmərəli təşkil edilməsi;
- İşçilərlə əlaqələrin təkmilləşdirilməsi ilə bağlı sorğuların, monitorinqlərin aparılması və nəticələr üzrə hesabatların tərtib edilməsi işində iştirak edilməsi;
- Daxil olan vətəndaş müraciətlərinin araşdırılması və cavablandırılması;
- Rəhbərlik tərəfindən şöbənin fəaliyyəti ilə bağlı müəyyən olunmuş digər zəruri funksiyaların icra edilməs
Tələblər:
- AR vətəndaşlığı;
- Ali təhsil;
- 24-32 yaş;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Hərbi mükəlləfiyyət; (Bəy namizədlər üçün mütləq tələbdir.)
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
- *Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 2000 AZN + Bonus
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Kommunikasiyalar üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq. ([email protected])
Murad Abdullayev
Fins.az