VTB Bank İT sistem analitiki vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, VTB Bank vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Tələblər:
- Ali təhsil;
- Ödəniş sistemləri ilə iş təcrübəsi (AZIPS XÖHKS SWIFT);
- Bank məhsulları, uçot sistemləri və prosesi üzrə biliklər;
- Texniki tapşırıqların hazırlanması və biznes proseslərin təhlili üzrə sifarişçi ilə iş təcrübəsi;
- Yeni həllərin hazırlanması, onların testdən keçirilməsi və texniki sənədlərin hazırlanması üzrə təcrübə;
- SQL Web servislərin işləmə prinsipi üzrə ilkin biliklər;
- Analitik və sistematik düşünmə bacarığı;
- Rus dillində sərbəst danışıq.
Vəzifə və məsuliyyət:
- Layihələrin idarə olunması və texniki sənədlərlərin hazırlanması;
- Xarici və daxili işçi qrupları ilə ünsiyyətin qurulması;
- Tələblərin təyin olunması, analizi və texniki tapşırıqların hazırlanması zamanı sifarişçi ilə ünsiyyətin qurulması;
- Layihə üzrə funksional testin həyata keçirilməsi;
- Layihənin müxtəlif funksionallıqları üzrə keyfiyyətə nəzarət edilməsi.
Tələblərə cavab verdiyiniz halda CV-nizin mövzu hissəsində (analitik) qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz. ([email protected])
Murad Abdullayev
Fins.az