PASHA Bank Fərdi Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, PASHA Bank vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
İşiniz nədən ibarətdir?
- Xarici və daxili müştərilərdən daxil olan zənglərə 7/24 iş qrafika əsasən cavab verilməsi , Müştəriləri Bankın xidmətləri, məhsulları və tarifləri barədə prosedurlara əsasən məlumatlandırılıması;
- Daxil olan zənglərinin və sorğuların əsasında Bankda istifadə olunan müxtəlif proqram təminatları vasitəsilə əməliyyatların icra edilməsi;
- Şikayət və təkliflər ilə iş: hər hansı şikayət / təklif və ya texniki çətinlik ilə bağlı müraciət daxil olarsa mütləq olaraq qeydiyyatının düzgün kategoriyalarda aparılması, geydiyyatının *açıq* statusunda olarkən izlənilməsi və müştərilərə vaxtında cavabın təqdim edilməsi;
- Qeyri-iş saatlarında və bayram günlərində KOS və Korporativ müştərilərə dəstəyin göstərilməsi;
- Şöbənin bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi;
- Müvafiq Bank proqram vasitəsilə müştəri sorğularının təyin edilmiş vaxt çərçivəsində icra edilməsi;
- Məhsul, xidmət və kampaniyalar barədə məlumatları Bankın “Məlumat Mərkəzi” (FAQ) vasitəsilə gündəlik əsasda mənimsəməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Orta və ya İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il
- Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
- Kompüter bilikləri: Microsoft Office (excel, world)
- Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, Qeyri-kredit bankçılıq xidmətləri, Fərdi bankçılıq məhsulları, Korporativ bankçılıq məhsulları
- Başqa tələblər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Müraciət etmək üçün keçiddən istifadə edin.
Murad Abdullayev
Fins.az