IMA Energy Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, IMA Energy vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
İş haqqında məlumat:
- Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması fəaliyyətlərinin həyata keçirilməsi;
- Daxili və xarici bazarın araşdırılması,alternativ tədarükçülərin tapılması və görüşlər keçirilməsi;
- Xaricdən tədarük edilən malların və məhsulların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi və daşımanın təşkili;
- Təchizat şöbəsinin bütün bölmələri ilə tanış olmaq və kompyuterdən istifadə etmək.
- Anbarda saxlanılan məhsullar üçün müəyyən kompyuter məlumatlarının yaradılması və qorunub saxlanılmasına kömək etmək:
- Material ehtiyatları, nominal anbarlar, təkrar sifariş məntəqələri, standart sorğu adları, tədarük siyahısı, eləcə də alış sifarişləri, ölçü vahidləri və anbarda saxlanılan bütün mallar üçün material vəsaitlərin ümumi miqdarı.
- Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.
- Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək.
- Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək.
- Əmək haqqı: bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq.
- Təcrübə - 5 ildən yuxarı.
Müraciət etmək üçün [email protected] mail ünvanına CV-lərinizi göndərin.
Murad Abdullayev
Fins.az