Dövlət qurumu Marketinq üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, Dövlət qurumu vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Vəzifə və öhdəliklər:
- Marketinq planının hazırlanması, həyata keçirilməsi və monitorinqi;
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
- Sosial media platformalarında hədəflənmə (targeting);
- Məzmun və post yaradılması üzrə fəaliyyəti;
- Rəqəmsal B2C kommunikasiya;
- Danışıqların, görüşlərin və təqdimatların keçirilməsi;
- Marketinqin inkişafı istiqamətində daim təhlilin aparılması;
- Partnyorlarla iş, ortaq layihələrin idarəsi;
- Marketinq büdcəsinin idarə edilməsi;
- Gündəlik hesabatların aparılması
- Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi;
Tələblər:
- AR vətəndaşlığı;
- Ali təhsil;
- 24-32 yaş;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Hərbi mükəlləfiyyət; (Bəy namizədlər üçün mütləq tələbdir.)
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
- Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 2500 AZN + Bonus
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Marketinq üzrə menecer” yazaraq göndərə bilərlər. ([email protected])
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Murad Abdullayev
Fins.az