İnsan Resursları üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, Kartaş LTD (Mr.Fix) vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Vəzifə öhdəlikləri:
- Məzuniyyət, Ezamiyyət, İşə qəbul, Xitam və s. əmrlərin yazılması
- İşə qəbul edilən işçilərdən lazımi sənədlərin toplanması
- İşçilərin şəxsi işinin formalaşdırılması
- Əmək kitabçalarının yazılması
- Davamiyyətə baxılması
- Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətinin rəsmiləşdirilməsi
- Xitam prosesində işçilərin təhvil-təsliminin izlənilməsi
- Müsahibəyə dəvət ediləcək namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılması
Tələblər:
- İnsan Resursları sahəsində 1 il iş təcrübəsi
- Ali təhsil: (Menecment, Hüquqşünsalıq, İnsan Resurslarının idarə edilməsi ixtisası üzrə)
- MC Office proqramları üzrə ümumi anlayış
- Əmək Məcəlləsi üzrə əsas anlayışlar
- ƏMAS sistemi üzrə ümumi anlayışlar
İş şəraiti:
- 6 günlük iş qrafiki (08:30-17:30)
- İş yeri: Binəqədi rayonu, Binəqədi qəsəbəsi
Təminatlar:
- Nahar yeməyi müəssisə tərəfindən verilir
- Korporativ mobil nömrə
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək
Müraciət etmək üçün [email protected] mail ünvanına CV-lərinizi göndərin.
Murad Abdullayev
Fins.az