Sara Invest Holding Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, Sara Invest Holding vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Vəzifə öhdəlikləri:
- Maliyyə şöbəsinin fəaliyyətinə rəhbərlik edir, şöbənin struktur vahidlərinin iş fəaliyyətini tənzimləyir və onlara nəzarət edir;
- Şirkətin ümumi büdcəsinin tərtibinə, büdcəyə nəzarət hesabatlarını hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir, proqnozlarının icra hesabatlarının alınmasını təmin edir və konsolidə edilməsini təşkil edir;
- Büdcə proqnozlarının icrasına nəzarət edir;
- Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir, Şirkətin ümumiləşdirilmiş rüblük və illik maliyyə hesabatlarının tərtibini təmin edir, nəticələrini təhlil edir;
- Həyata keçirilən təsərrüfat əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və şirkətin öhdəliklərinə nəzarəti təmin edir;
- Tenderdə iştirak üçün sənədlərin hazırlanmasını təmin edir;
- Balans və balansdan kənar hesablar üzrə aparılan əməliyyatlara nəzarəti həyata keçirir;
- Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir;
- Büdcə icrası nəticələri ilə maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir;
- Şirkətin bank hesablarının qalıqları, gündəlik əməliyyatları barədə, rəhbərliyə məlumat verilməsini təmin edir;
- Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir;
- Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır;
- Vəzifə icrası ilə bağlı digər işlər.
Tələb və bacarıqlar:
- Təhsil dərəcəsi: Maliyyə-mühasibatlıq, iqtisadiyyat və ya bənzər sahə üzrə tam ali təhsil
- Əlavə təlim sertifikasiyası: ACCA, CFA kimi beynəlxalq sertifikatların olması
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri
- İş təcrübəsi: Minimum 5 il
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş vaxtı 9.00-dan 18.00-dək
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı razılaşma əsasında
Uyğun namizədlər CV-lərinizi email ünvanına göndərə bilərsiz ([email protected])
Murad Abdullayev
Fins.az