West Hospital Əczaçı vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, West Hospital vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
İş barədə məlumat:
- Dərman preparatları və tibbi ləvazimatların satış prosesini həyata keçirmək,
- Müştərilərə məhsul seçimində köməklik göstərmək
- Aptekə daxil olan məhsulları yoxlamaq, tərkiblərinə uyğun və tələb olunan qaydada yerləşdirmək
- Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət yetirmək
- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək
- Sifarişi dəqiq və vaxtında yerinə yetirmək
Namizədə tələblər:
- Xanım namizəd
- Yaş həddi: 25-35
- Ali Tibbi təhsil və sertifikat mütləqdir
- Səlist nitq qabiliyyətinə malik olmalıdır
- Kompyuterdə işləməyi sərbəst bacarmalıdır, 1C biliyi vacibdir
- Sənədlərlə işləməyi bacarmalı, aktiv və çevik olmalıdır
- Kassa və post terminalı bilməlidir
- Təcrübəsiz namizədlərin müraciyyətlərinə baxılmayacaq
İş şəraiti:
- İş vaxtı: həftədə 6 gün, 7 saat
- Əmək haqqı: namizədin bilik və təcrübəsinə görə təyin ediləcək
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə
Namizədlərdən şəkilli CVlərini e-mailin mövzu hissəsində “Əczaçı” qeyd edərək göndərmələri xahiş olunur. ([email protected])
Murad Abdullayev
Fins.az