Uninet MMC Ön Ofislər üzrə mütəxəssis (Quba) vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, Uninet MMC vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Bölmə: Ön Ofislər bölməsi
İş qrafiki: Standart
Son müraciət tarixi: 10.11.2023
Ön Ofislər üzrə mütəxəssis (Quba) olaraq Sizin vəzifə öhdəlikləriniz:
- Daxili prosedur, müvafiq sənəd və proqramlarda (BSS, KPI, FAQ və s.) əks etdirilən qaydalara əsasən satış məntəqəsi vasitəsilə xidmətlərin təmin edilməsi;
- Satış və xidmətlərlə bağlı müştərilərin çətinliklərini həll etmək və şikatətlərini qeyd almaq;
- Şirkət tərəfindən təqdim olunan məhsul və xidmətləri barədə ətraflı məlumatın olması və müştərilərə yüksək səviyyədə satış və xidmətlə təmin etmək;
- Şirkətə və abunəçiyə aid məlumatın məxfiliyinin qorunması;
- Müvafiq sənədlərə uyğun digər iş öhdəliklərini həyata keçirmək (nizam-intizam qaydalarina riayət, iş qrafikinə uyğun işləmək və s.);
- Ofisdə düzgün nizam intizam qaydasının riayət olunmasını təmin etmək və qayda pozuntuları olarsa, dərhal rəhbərliyə bununla bağlı məlumat vermək;
- Rəhbər heyəti olmadığı halda ofisdə pul vəsaitlərinin toplanması və inventarizasiya prosesinə nəzarət etmək
- Administrativ öhdəliklər;
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
- Görülən işlərin prosedur və təlimatlara uyğun görülməsi;
- Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.
Vəzifənin tələbləri:
- Orta təhsil;
- Azərbaycan və Rus dillərini sərbəst, İngilis dilini yaxşı bilmək;
- MS Office proqramlarını yaxşı bilmək(Excell, Word və s.).
Müraciət etmək üçün CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur. E-poçtun mövzu hissəsində vəzifənin adının “Ön Ofislər üzrə mütəxəssis (Quba)” kimi qeyd edilməsi mütləqdir. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. ([email protected])
Murad Abdullayev
Fins.az