NetTech Sifariş toplama operatoru vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, NetTech vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Namizədə tələblər:
- Anbara daxil olan malların yüklənməsi, boşaldılması və anbar daxilində yüklərin yerləşdirilməsi işinin icrasını təmin etmək
- Anbarda olan malların növlərinə və yerlərinə əsasən səliqə ilə yığılmasını təşkil etmək
- Sifariş tələbi əsasında anbardan mal çıxışını təşkil etmək
- Məsuliyyətində olduğu anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək
- Anbarda mövcud olan malların təhlükəsizliyindən cavabdeh olmaq
- Anbarda olan mal-materialın təhlükəsizliyini və anbardan buraxılan, anbara daxil olan mal-materialın giriş-çıxış sənədləri üzrə qeydiyyatını təmin etmək
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatlar təqdim etmək
İş barədə məlumat:
- Əmək Haqqı- 400 AZN.
- İş qrafiki – növbəli iş qrafiki
- İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir
Namizədlərdən öz CV-lərini mövzu bölmündə “Sifariş toplama operatoru”qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. ([email protected])
Murad Abdullayev
Fins.az