Milk-Pro Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, Milk-Pro vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Əsas vəzifə və öhdəliklər:
- Malların anbara mədaxil və məxaric olunmasını təmin etmək
- Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək
- Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq
- Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək
- Anbarın iş fəaliyyətini və sifarişlərin icrasını sürətləndirmək məqsədi ilə işlərin electron qayda ilə proqram üzərindən təmin etmək
- Malların yüklənilməsi/boşaldılmasını icar etmək
- Anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək
Vakansiya üzrə tələb olunan texniki və yumşaq bacarıqlar:
- 1 C bilikləri
- Excel bilikləri
- Məsuliyyətlilik
- Komanda ilə işləmə bacarığı
- İş təcrübəsi: 3 il (istehsal təcrübəsi üstünlükdür)
- Təhsili: Ali təhsil.
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.
- Ünvan: Suraxanı ray.,Hövsan qəs.
Dil bilikləri:
- azərbaycan dili-mükəmməl səviyyədə
- rus dili- yaxşı
- ingilis dili- arzu olunandır
Müraciət etmək üçün ([email protected] mail) ünvanına CV-lərinizi göndərin.
Murad Abdullayev
Fins.az