Olivia Beauty Care Təlimçi vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, Olivia Beauty Care vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Vəzifə öhdəlikləri:
- Məhsullar haqda məlumatların toplanılması və təlim materiallarının hazırlanması;
- Təlimlərin qeydiyyatının aparılması;
- Məhsullar haqda təlim iştirakçılarının məlumatlandırılması;
- Təlim suallarının hazırlanması və imtahan keçirilməsi;
- Təlimlərin nəticələri barəsində təlim iştirakçıların və onların müdirlərinin məlumatlandırılması;
- Təlim üsullarının təhlil və inkişaf etdirilməsi.
Tələblər:
- Ali təhsil – arzu olunandır;
- Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri, İngilis dili biliyi arzu olunandır;
- Məhsullar haqqında (kosmetika və baxım) dərin biliklərin olması;
- Komanda ilə işləmə bacarığı;
- Prezentasiya etmə bacarığı;
- Yüksək ünsiyyət, təlim keçmək bacarığı, detallara qarşı diqqətlilik kimi keyfiyyətlərə malik olmalıdır.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Murad Abdullayev
Fins.az