KARTAŞ LTD MMC / Mr.fix Sahə memarı vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, KARTAŞ LTD MMC / Mr.fix vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Vəzifə öhdəlikləri:
- İnşaat layihələrinin memarlıq və dizayn tələblərini yoxlamaq və verilən məlumatlar əsasında hazırlamaq;
- Tikinti sənədlərini və çertyojları nəzərdən keçirtmək, başa düşmək və aşkar edilmiş çatışmazlıqlar və uyğunsuzluqlar düzəltmək üçün təklifləri rəhbərliyə təqdim etmək;
- Layihənin icrası üçün hazırlanmış layihə tapşırıqlarının tələb olunan normativlərə uyğunluğunu təmin etmək;
- Tikinti və təmir işlərində istifadə olunacaq uyğun material və məmulatları seçmək, onların lazımi sayını və ya ölçüsünü hesablamaq və tikinti smeta dəyərini formalaşdırmaq;
- Layihənin memarlıq üzrə tələb olunan texniki sənədlərini hazırlamaq, bu və digər əlaqədar sənədləri toplamaq.
- Layihənin yerinə yetirilməsi üçün tələb olunan materialların xərc baxımından effektivliyini təmin etmək;
- Tikinti layihəsinin razılaşdırılmış plan üzrə inkişafına, orada istifadə olunan materialların tikintidə texniki şərtlərə cavab verməsinə nəzarət etmək;
- Layihə ilə əlaqəli normativ sənədləri və hesabatları layihəyə cəlb olunan komanda üzvləri ilə birgə işləyib hazırlamaq;
Tələblər:
- Təhsil: Memarlıq üzrə ali təhsil
- Təcrübə: Sahə memarı, layihəçi memar və draftsman işlərində minimum 3 il iş təcrübəsi
- Kompyuter proqramları: MS Office, Revit, AutoCAD, Adobe Photoshop, SketchUp
- Bilik və bacarıqlar: peşəkar tərtibat/texniki rəsmlər proqramlarının peşəkar istifadəçisi
İş şəraiti:
- İş yeri-Kimya Sənaye Parkı
- İş qrafiki-6 günlük
- Nahar müəssisə tərəfindən verilir
Müraciət etmək üçün [email protected] mail ünvanına CV-lərinizi göndərə bilərsiniz.
Murad Abdullayev
Fins.az