METAK Elektronçu vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, METAK vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
İşin təsviri:
- İstismarda olan elektron dəzgahlara texniki xidmətin göstərilməsi;
- Avadanlıqların təmiri və sınaq işlərinin aparılması;
- Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanılması, baxış və cari təmirin aparılması;
- Aşkar olunmuş nasazlıqların aradan qaldırılması.
Vakansiya üzrə tələblər:
- Ali texniki təhsil;
- Müvafiq iş stajı 3-5 il;
- Dövrə sxemlərini oxumağı bacarmalıdır;
- Elektronikanı və avtomatikanın əsaslarını bilməlidir;
- Sənaye avadanlıqlarının ana platalarında yaranan problemləri həll etməlidir.
İş şərtləri:
- 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlananlar saytda onlayn-anketi //job.metak.az/vacancy/show/154 dolduraraq və ya CV-lərini [email protected] e-mail ünvanına göndərərək müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar
Murad Abdullayev
Fins.az