Bakı Sığorta subroqasiya şöbəsinin mütəxəssisi vakansiya elan edir.
Fins.az xəbər verir ki, Bakı Sığorta vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
İş yeri – Bakı şəhəri, Nəsimi ray., Azadlıq pr. 120
Əlaqə nömrəsi: 969
İş barədə məlumat:
- Şirkətin hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin etmək;
- Şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Şirkətin fəaliyyəti dövründə Subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək;
- Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubları tərtib etmək;
- Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyatı dövlət orqanlarına sorğu vermək;
- Şirkətlə tərəf-müqabilləri arasında bağlanan müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrini təhlil etmək və rəy vermək;
- İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00;
Namizədə tələblər:
- Yaş həddi – 25-45
- Ali hüquq təhsili;
- İş təcrübəsi – 1 ildən yuxarı
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) Səviyyə: Əla
- Məsuliyyətli və işində dəqiq;
- Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
- İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini elektron ünvanına (Mövzu hissəsində - Subroqasiya şöbəsinin mütəxəssisi qeyd etəklə) göndərmələri xahiş olunur. ([email protected])
Murad Abdullayev
Fins.az