Cronos Construction memar-dizayner vakansiya elan edir.
Fins.az xəbər verir ki, Cronos Construction vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Vəzifə öhdəlikləri:
- Yaşayış binalarının (fərdi yaşayış evləri, kotteclər, villalar daxil olmaqla), Ticarət obyektlərinin, İnzibati və digər təyinatlı binaların Memarlıq Layihələrinin və eləcədə mənzillərin, ofislərin, kafe və restoranların İnteryer Dizayn Layihələrinin hazırlanması;
- Bütün Layihələrin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun, komfort, erqonomik və funksional planlaşdırılma əsasında müəyyən edilmiş vaxt çərçivəsində hazırlanması;
- Obyektlərdə ölçü işlərinin aparılması;
- Baş Planın hazırlanması;
- İlkin eskiz layihənin və layihənin (işçi layihə daxil olmaqla) hazırlanması;
- Memarlıq Planının hazırlanması;
- Kəsimlər;
- Ölçü Planının hazırlanması;
- Mebel Planının hazırlanması;
- Elektrik Planının hazırlanması;
- Santexnik Planının hazırlanması;
- Tavan Planının hazırlanması;
- Tavanda İşıqlandırma nöqtələrinin yerləşdirmə Planının hazırlanması;
- Divar açılışları;
- Döşəmə Planının hazırlanması və s.
- Eksteryer və İnteryer 3D görünüşlərin hazırlanması.
Tələb olunan təhsil və biliklər:
- Müvafiq sahədə ali təhsil (Memar diplomu);
- Müvafiq sahədə iş təcrübəsi;
- Kişi namizədlər nəzərdə tutulmuşdur.
- Tikinti Şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
- Müvafiq kompüter proqramlarını bilmək (ArchiCAD, AutoCAD, 3dMax, Vray, Corona və s.);
- Əllə eskizləri çəkmək bacarığı arzu ediləndir;
- İngilis və rus dillərini bilmək arzu ediləndir;
- İşə qarşı məhsuliyyətli, dəqiq, səmimi, nizam-intizamlı;
- Tapşırılan işi vaxtında yerinə yetirmək;
- Kreativ, zöqlü, sürətli işləmə bacarığı;
- Müstəqil və komanda şəklində işləmək bacarığı.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV- lərini elektron poçtuna göndərə bilərlər. ([email protected])
Murad Abdullayev
Fins.az