Irshad Electronics mühasib vakansiya elan edir.
Fins.az xəbər verir ki, Irshad Electronics vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Vəzifə və öhdəliklər:
- 1C biliklərinin olması mütləqdir;
- Hesab fakturaların hazırlanması;
- E-qaimələrin hazırlanması,göndərilməsi və təsdiqi;
- Satış və anbar əməliyyatlarının 1C sisteminə daxil edilməsi;
- Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi;
- Daxil olan qaimələrin üzləşdirilərək yoxlanılması və 1C əməliyyat sisteminə işlənməsi;
- Üzləşməyən əməliyyatların araşdırılması və qarşı tərəflərlə razılaşdırılması;
- Üzləşmə aktlarının tərtib edilməsi.
Tələblər:
- Yaş: 23-29 yaş arası;
- Maliyyə və mühasibat sahəsində Ali təhsil arzu olunandır)
- Müvafiq sahə üzrə iş təcrübəsi mütləqdir;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Kompüter bilikləri (MS Office,və 1C proqramları ilə işləmə bacarığı mütləqdir)
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş günləri: 6 iş günü, (şənbə günü 14.00-dək);
Əmək haqqı: 900 Azn
CV-ləri şəkil əlavə etməklə mövzü bölməsində “Mühasib-operator” qeyd edərək göndərin. ([email protected])
Murad Abdullayev
Fins.az