PRİME Accessories Mağazalar Şəbəkəsi saat proyekti üzrə Product Manager üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki,PRİME Accessories Mağazalar Şəbəkəsi vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
İş barədə məlumat:
- Məsul olduğu bütün məhsulları tanımaq, onların qiymətini, özəllik və texniki parametrlərini bilmək;
- Aylıq olaraq Satış kollektivinə satış olunan məhsullar haqqında treninqlər keçirmək, məhsulun texniki tərəfləri və satış standartı haqqında məlumat vermək, saat haqqında biliklərini imtahan etmək.
- İllik və aylıq brend satış planlarının hazırlanması və satışla birlikdə təsdiqləmək;
- Yeni brendlərin gətirilməsi ilə bağlı təkliflərin hazırlamaq;
- Hər gün mağazaları ziyarət etmək, satış kollektivinə motivasiya vermək.
- Mal çeşidləri üzrə maksimal və minimal qalıqları təyin etmək və rəhbər ilə təsdiqləmək;
- Bütövlükdə mağazaların, xüsusilə satış vitrinlərinin dizaynı və tərtibatına, məhsulun vitrində düzülüşünə dair təkliflər vermək və qorumaq, məhsul displeylərinin komplektləşdirilməsinin təşkil etmək;
- Servis mərkəzinə həftəlik görüş keçirtmək və problemləri araşdırmaq;
- Anbara həftəlik vizitlərin etmək və yararsız məhsulların təyin etmək;
- Mağazalardan servisə gedən saatlar haqda məlumat almaq;
- Stokun idarə edilməsi və nəzarət;
Namizədə tələblər:
- Ali təhsil (Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə)
- Ticarət -idarəetmə - marketinq menecment sahəsində minimum 3 il təcrübəsi olmalı
- Ünsiyyətcil, düşüncələrini ifadə edə bilməli, şifahi nitq qabiliyyəti olmalı
- Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilməli
- MC Office Excel, Outlook və 1C proqramlarının yüksək səviyyədə biliyi
- Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı
- Reklam kampaniyalarının formalarının və metodlarının əsaslarını bilməli
- Təlim keçirmə bacarığı
- İşgüzar əlaqələrin qurulması qaydalarını bilməli
- Data analiz etmə bacarığı
İş şəraiti:
- İş günləri: 5 gün iş, 2 gün istirahət
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Karyera yüksəlişi imkanı;
- Əmək haqqı: minimum 1000 AZN +%
Ətraflı məlumat üçün keçiddən istifadə edin.
Murad Abdullayev
Fins.az