PRİME Accessories Mağazalar Şəbəkəsi HR Generalist vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, PRİME Accessories Mağazalar Şəbəkəsi vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
İş barədə məlumat:
- Təlim və İnkişaf prosesinin təşkili, idarə edilməsi və keçirilməsi, illik təlim planının hazırlanması;
- İşçilərin bilik səviyyəsini ölçmək üçün sorğular keçirilməsi və qiymətləndirmə prosesinin təşkil edilməsi;
- Şirkət əməkdaşlarına KPİ və bonus sistemi hazırlamaq;
- Kadr kargüzarlığının aparılması;
- Şirkətin proses və prosedurlarının yazılması;
- Yeni işçilərin rəsmiləşdirilməsi;
- Məzuniyyət cədvəlinin təmin edilməsi ;
- Açıq vakansiyaların təhlil edilməsi, şirkətdaxili və şirkətxarici elanları hazırlnması və yerləşdirilməsi;
- Müsahibələrin təşkil edilməsi, keçirilməsi və namizədin yerləşdirilməsi;
- Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili
- Müsahibə nəticələrinin database-nin aparılması
- Mütəmadi olaraq işçilərin davamiyyət cədvəlinin tutulması, tabelin hazırlanması
- İşəqəbul və xitam proseslərinin təşkili
Namizədə tələblər:
- Ali təhsil
- İnsan Resursları sahəsində iş təcrübəsi - 3 ildən artıq
- Əmək Qanunvericiliyi biliyi
- MS Office (Word, Excel), 1C proqramları biliyi
- Azərbaycan,rus dilləri səlis , ingilis dili B2
- Səlis nitq bacarığı, ünsiyyətcil, gülərüz
- Komanda ilə işləmə bacarığı
- Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti
- Stres altında işləmək bacarığı
İş qrafiki: 09:00-18:00 , 5 iş günü, 2 gün istirahət
İş yeri: Azure BM
AR Əmək məcəlləsinə uyğun sənədləşmə
Əmək haqqı: Min: 1500 azn + bonus.
Ətraflı məlumat üçün keçiddən istifadə edin.
Murad Abdullayev
Fins.az