SF Azərbaycan BOKT telemarketinq və satış üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, SF Azərbaycan BOKT vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Tələblər:
- Telesatış sahəsində ən az 2 il iş təcrübəsi olan;
- Telesatış üzrə qrup rəhbəri və ya trener kimi təcrübəsi olan;
- Münaqişələrə kreativ həll yolu tapan;
- Analitik bacarığı olan;
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən;
- Güclü kommunikativ qabiliyyətə sahib olan;
- Kompüter və MS Office proqram bilikləri yüksək səviyyədə bilən;
Vəzifə öhdəlikləri:
- Operatorların işinin effektiv şəkildə təşkili: bazanın qurulması, əməkdaşların təliminin təşkili; yeni əməkdaşlara işin əsaslarının izahı; operatorların iş keyfiyyətinə nəzarət;
- Satış üçün edilən və qəbul olunan zəng sayısının artırılması, skriptlərin təkmilləşdirilməsi;
- Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
- İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması;
- Cari işçilər üçün təhsil və təlim proqramlarının hazırlanmasında iştirak;İmtiyazlar:
Biz sizə nə təklif edirik:
- Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Tibbi sığorta təminatının verilməsi (sınaq müddəti bitdikdən sonra);
- Dadlı və limitsiz qəhvə;
- “Team building” tədbirlərinin keçirilməsi;
İş vaxtı: 3 (üç) növbəli iş rejimi (09:00-dan 18:00-dək; 10:00-dan 19:00-dək; 11:00-dan 20:00-dək);
Əmək haqqı: 1000 azn (net) + KPİ bonus;
Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini linkə keçid edərək yerləşdirsinlər.
Murad Abdullayev
Fins.az